
Keyn baş məşqçisini müdafiə etdi
İngiltərə millisinin hücumçusu Harri Keyn komandanın baş məşqçisi Tomas Tuxeli tənqidlərdən müdafiə edib.
Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, 32 yaşlı forvard, almaniyalı mütəxəssisin komandanın uğurlarında böyük pay sahibi olduğunu bildirib:
“Tuxel burada olmağımızın əsas səbəblərindən biridir. Son 60 ilin ən yaxşı nəticəsini əldə etməyimizin başlıca səbəbkarlarından biri də odur. O, dünyanın ən yaxşı məşqçilərindən biridir. Amma ən yaxşılar belə, səhv edə bilər. Bu, biz futbolçulara da aiddir”.
İngiltərə millisi DÇ-2026-nın yarımfinalında Argentina yığmasına 1:2 hesabı ilə məğlub olub. Tuxelin komandası üçüncü yer uğrunda keçirilən matçda isə Fransa yığmasını 6:4 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



