PSJ çempion!

Fransa Liqa 1-də 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Dijon” “Renn”i, “Lion” isə “Anje”ni qəbul edib. Hər iki oyunda meydan sahibləri 3 xala sevinən tərəf olub.

Şənbə günü dörd oyun baş tutub. “Marsel” səfərdə “Genqam”la, “Monpelye” isə “Strasburq”la oyundan inamlı qələbə ilə ayrılıb. “Nitsa” doğma meydanda “Kan”a minimal hesabla uduzub. “Nim” – “Bordo” matçında isə meydan sahibləri qələbəyə sevinib.

Son iki oyunda məğlub olan PSJ “Monako”nu qəbul edib. Bu görüşdə inamlı qələbəyə sevinən Paris təmsilçisi eyni zamanda çempionluğunu da təmin edib. Beləcə, paytaxt təmsilçisi ardıcıl ikinci, bütövlükdə isə 8-ci çempionluğunu qazanıb.

Fransa Liqa 1, 33-cü tur

19 aprel

Dijon – Renn 3:2
Qol
: Aquerd, 20. Jane, 55. Said, 83 – Yunu, 52. Nyanq, 61.

Lion – Anje 2:1
Qol
: Depay, 14. Terrye, 39 – Tusar, 89-öz qapısına.

20 aprel

Genqam – Marsel 1:3
Qol
: Nqbakoto, 56 – L.Qustavo, 4. Okampos, 40. Jermen, 90.

Nitsa – Kan 0:1
Qol
: Djiku, 74.

Nim – Bordo 2:1
Qol
: Savanye, 16-pen. Ripar, 63 – Maja, 13.

Strasburq – Monpelye 1:3
Qol
: P.Martines, 34 – Delor, 22; 86. Molle, 28.

21 aprel

Nant – Amyen 3:2
Qol
: Kulibali, 49; 55. Ronqye, 59 – Otero, 62. Timite, 77.

Tuluza – Lill 0:0

Reyms – Sent-Etyen 0:2
Qol
: Kabella, 24. Engels, 51-öz qapısına.

PSJ – Monako 3:1
Qol
: Mbappe, 15; 38; 55 – Qolovin, 80.

Bombardir: Kilian Mbappe (PSJ) – 30 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button