“Əl-Hilal” Niderland millisinin üzvü üçün danışıqlara başlayıb

“Vest Hem”in vingeri Krisensio Sammervilə yeni iddiaçı çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu 24 yaşlı futbolçunun transferi üçün danışıqlara başlayıb.

Sammervil, “Vest Hem”in Premyer Liqanı tərk etməsinə baxmayaraq, ötən mövsüm göstərdiyi uğurlu çıxışla diqqət çəkib. O, həmçinin, DÇ-2026-da Niderland millisinin heyətində debüt edib. Yarımmüdafiəçi mundialda keçirdiyi oyunlarda iki qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Niderlandlı futbolçuya “Mançester Yunayted” və “Roma” da maraq göstərir. “Vest Hem” oyunçunu təxminən 40 milyon avroya satmağa hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button