
“Real” “Çelsi”nin 25 milyon avroluq təklifini qəbul etməyib
“Real” müdafiəçisi Alvaro Karrerası yay transfer dövründə satmağa hazırdır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Çelsi” 23 yaşlı futbolçu üçün “Real”a 25 milyon avroluq təklif göndərib. Ancaq Madrid təmsilçisi bu məbləği yetərli hesab etmir və Karrerası 50 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. London klubu transferlə bağlı danışıqları davam etdirməyə hazırdır.
“Real” ispaniyalı müdafiəçini ötən yay “Benfika”dan 50 milyon avroya transfer etmişdi. Futbolçu indiyədək bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


