“Mourinyo əla insandır”

“Real”ın müdafiəçisi Din Heysen yeni baş məşqçi Joze Mourinyo haqqında danışıb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssis haqda bunları deyib:

“Mourinyo əla insandır. Ümid edirəm ki, qarşıdakı mövsümdə onunla birlikdə çoxlu kubok qazanacağıq. Mourinyonun gərgin məşqləri normaldır, amma yaxşı hazırlaşmalıyıq. Görək, daha ağır məşqlərimiz olacaqmı?”

Heysen 2025-ci ildə “Bornmut”dan “Real”a transfer olunub və hazırda komandadakı ikinci mövsümünə hazırlaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button