
Neymar 19 milyon avroluq yaxta alıb
Braziliyalı futbolçu Neymar yeni lüks yaxta alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dəyəri ən azı 19 milyon avro olan yaxtanın uzunluğu 46 metrdir. Onun göyərtəsinə vertolyot da enə bilir.
Neymar yaxtaya “Enejota” adını verib. Qısaltma “N”, “Jota” isə “J” deməkdir. Bu, futbolçunun tam adı olan Neymar Juniorun baş hərflərinə istinad edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



