“İmişli”də gözlə görüləsi böyümə var” – MÜSAHİBƏ

“İmişli”nin köhnə-yeni baş məşqçisi Fərid Namazov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Yenidən “İmişli”yə qayıtmağınıza başlıca səbəb nə oldu?

– Başlıca səbəb rəhbərliyin yenidən etimad göstərməsi oldu əlbəttə.

– İlk dönəmlə müqayisədə indi klubda hansı əsas fərqləri görürsüz?

– Həqiqətən, birinci olduğum zamanla müqayisədə fərq yaxşı anlamda çoxdur, klubda gözlə görüləsi böyümə var.

– Komandanı hansı vəziyyətdə təhvil almısız və sizi ən çox narahat edən məqam nədir?

– Bildiyiniz kimi, mövsüm öncəsi bir az gedən və gələn oyunçulara görə çətin keçə bilir, amma indiki vəziyyət gözlədiyimdən yaxşıdır. Demək olar, komandanın 70 faizi qalacaq və bu da işimizi asanlaşdırır.

– Yeni mövsüm üçün rəhbərlik sizdən konkret hansı hədəfi tələb edir?

– Hədəf keçən illə müqayisədə daha yüksək yerlər uğrunda mübarizə aparmaq və yeni gənc oyunçuları üzə çıxarmaqdır.

– Transfer məsələlərində son söz sizə məxsusdur, yoxsa, rəhbərliklə birgə qərar verirsiz?

– Klubun ümumi bir strategiyası var və bunun üzərindən seçimləri edirik. Dediyim kimi, oyunçunun davamlılığı, yaşı, zədə tarixçəsi və s. kimi məsələlərlə bağlı məsləhətləşirik, amma son qərarı məşqçi heyəti verir.

– Hazırkı heyət sizi nə dərəcədə qane edir? Hansı mövqelərdə güclənməyə ehtiyac var?

– Dediyim kimi, heyətin çox hissəsi yerindədir. Bir neçə mövqe var ki, gücləndirməyə çalışırıq.

– Ötən dəfə buradan ayrıldığınız vaxt yarımçıq qalan hansı işləri bu dəfə tamamlamaq istəyirsiz?

– Buradan xoş xatirələrlə ayrılmışdım. Əlbəttə, yenidən yaxşı işlər görməyə çalışacağıq.

– Premyer Liqada rəqabət xeyli artıb. “İmişli” bu rəqabətdə özünü harada görür?

– Açığı, indidən nəsə demək çətindir, bir neçə turdan sonra daha dəqiq nələrsə demək olar.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button