
PSJ-nin sabiq futbolçusu “Sanderlend”ə keçdi – Rəsmi
Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubunun sabiq futbolçusu Tomas Menye İngiltərə təmsilçisi “Sanderlend”ə keçib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı cinah müdafiəçisinin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Menye son olaraq Fransada “Lill”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



