“Komandamız optimal hazırlıq səviyyəsindədir” – Rafiq Hüseynov

Yeniyetmə güləşçilərimiz 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək U17 dünya çempionatına hazırlığı davam etdirir.

Komanda.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz Bakıda təlim-məşq toplanışını davam etdirir.

Yığmanın böyük məşqçisi Rafiq Hüseynov hazırlıq prosesini dəyərləndirib:

“Ölkə çempionatından sonra bir çox yerlərdə təlim-məşq toplanışı keçdik. Hazırlıqlara Şamaxıda başladıq. Ardınca Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışı keçdik. Həmin toplanışda Türkiyədə keçirilən “Zəfər kuboku” üçün seçimlərimizi etdik. Həmin yarışda nəticə verən idmançılarımız Avropa çempionatı üçün nəzərdə tutulmuş heyətə daxil edildilər. Qitə birinciliyindən sonra artıq 3-cü təlim-məşq toplanışımızı keçirik. Son hazırlıq prosesi komandanın tam formaya düşməsinə xidmət edəcək. Komandamız optimal hazırlıq səviyyəsindədir. Kiçik zədələr ciddi problem yaratmır. Dünya çempionatına qədər ümumilikdə 10 təlim-məşq toplanışı keçmiş olacağıq. Bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək səviyyədə təşkil edilib və bizə maksimum dəstək verilib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button