
DÇ-2026: İngiltərə bu gün final uğrunda Argentina ilə qarşılaşacaq
Futbol üzrə dünya çempionatında ikinci finalçı məlum olacaq.
Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcək. Oyun saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq.
DÇ-2026
15 iyul
23:00. İngiltərə – Argentina
Baş hakim: İsmail Elfat (ABŞ)
Atlanta stadionu
Yarımfinalın ilk oyununda İspaniya Fransanı iki cavabsız qolla üstələyib. DÇ-2026-nın final matçı iyulun 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



