Ramos PSJ-ni tərk edəcək? – açıqlama

PSJ-nin futbolçusu Serxio Ramosun meneceri və qardaşı Rene Ramos açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Rene, qardaşının Paris klubundan göndəriləcəyi ilə bağlı çıxan iddialar haqda bunları deyib:

“Ramos həssas dönəmlərdən keçir. Yaxın zamanda qayıdacaq və komandasını layiqincə təmsil edəcək.

Ramos nə karyerasını bitirəcək, nə də müqaviləsini ləğv edəcək. Ona qarşı heç bir şübhə yoxdur. Noyabrın sonlarında yaşıl meydanlara qayıdacaq. Komandasına kömək etməyi çox istəyir”.

Ramos bu yay PSJ ilə müqavilə imzalayıb. 35 yaşlı müdafiəçi Paris klubunda debüt etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button