“O, “Barselona” üçün əla seçimdir” – Messi

PSJ-nin futbolçusu Lionel Messi “Barselona”nın baş məşqçisi Xavi haqda danışıb.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə açıqlama verən Messi, Xavinin “Barselona”ya kömək edəcəyini deyib:

“Xavinin “Barselona”ya kömək edəcəyinə əminəm. Komanda onun sayəsində daha yaxşı olacaq. Xavi pis durumlardan necə çıxacağını bilən biridir. O, “Barselona” üçün əla seçimdir”.