PSJ yeni müqaviləyə hazırlaşır

PSJ yarımmüdafiəçi Marko Verratti ilə müqaviləni uzatmağa yaxındır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı italiyalı Paris klubunda xoşbəxtdir və yeni anlaşmaya hazırdır.

Verratti 2012-ci ilin iyulundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə o, Fransa komandasının heyətində 19 matçda 1 məhsuldar ötürmə edib.

Verrattinin klubla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button