“…bir addım qalmışdıq” – Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandasının Çempionlar Liqasını qazanmaq istəyindən danışıb.

Komanda.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, o, PSJ-nin ümidli olduğunu deyib:

“PSJ Çempionlar Liqasını qazanmaq üçün ümidlidir. Məqsəd bu turnirdə qalib olmaqdır. Hər cür “fırtına”nın olması normaldır, amma biz vəziyyəti dəyişə bilərik.

“Real”, eləcə də “Çelsi”, “Mançester Siti” və “Liverpul”u sıradan çıxarmağa bir addım qalmışdıq. Düşünürəm ki, biz qarşılıqlı anlaşma düsturunu axtaracağıq ki, futbolçular, məşqçilər korpusu və rəhbərliyi birləşdirə bilib, uğur qazanaq”.

Daha əvvəl Poçettinonun Paris klubunu tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı. 50 yaşlı argentinalı mütəxəssisin PSJ ilə 2023-cü il iyunun 30-dək müqaviləsi olsa da, onunla əməkdaşlığa vaxtından əvvəl xitam veriləcəyi deyilir.

PSJ Çempionlar Liqasının son mövsümündə 1/8 finalda “Real”a uduzub.

Fransa klubu Çempionlar Liqasının 2021/22 mövsümünün 1/8 finalında “Real”-a uduzub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button