
Messi: “Ən yaxşı oyunumuzu göstərə bilmədik”
Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/16 finalında Kabo-Verde yığması üzərində qazandıqları 3:2 hesablı qələbəni şərh edib.
Komanda.az xəbər verir ki, 39 yaşlı futbolçu komandasının istədiyi oyunu sərgiləyə bilmədiyini etiraf edib:
“Düşünürdük ki, ilk qol bizə oyuna nəzarət etməyə və daha rahat çıxışımıza kömək edəcək. Amma əksinə oldu. Top itkilərimiz artdı, bəzən həddindən artıq geriyə çəkildik və istədiyimiz kimi pressing edə bilmədik.
Dünya çempionatını xüsusi edən də məhz budur. Biz sonadək mübarizə apardıq, amma buna baxmayaraq, ən yaxşı oyunumuzu göstərə bilmədik”.
Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada Argentina əlavə vaxtda 3:2 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. Matçda hesabı 29-cu dəqiqədə Messi açıb. O, oyunun ən yaxşı futbolçusu seçilib.
Bizi Facebook-da izləyin



