PSJ-dən çətin qələbə

Fransa Liqa 1-də 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında “Nitsa” doğma azarkeşləri qarşısında “Brest”i qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Lion” isə “Mets” səfərinə yollanıb və inamlı qələbə qazanıb.

Şənbə günü beş qarşılaşma baş tutub. İkinci pillədə qərarlaşan “Marsel” bu turda “Nant”la qarşılaşıb və məğlubiyyətlə üzləşib. “Monako” isə “Dijon”la qarşılaşmadan xal itkisi ilə ayrılıb. “Anje” “Monpelye”ni, “Lill” “Tuluza”nı məğlub yola salıb. “Strasburq” – “Amyen” görüşündə isə qapılara qol vurulmayıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Sent-Etyen” – “Reyms” oyununda qalib müəyyənləşməyib. “Renn” “Nim”i məğlub yola salıb. Lider PSJ isə “Bordo”nu sınağa çəkib. Yeddi qolun qeydə alındığı bu matç Paris təmsilçisinin çətin qələbəsiylə başa çatıb.

Fransa Liqa 1, 26-cı tur

21 fevral

Nitsa – Brest 2:2
Qol
: Unas, 23. Dolberq, 33 – Qrandsir, 45. Dante, 53-öz qapısına.

Mets – Lion 0:2
Qol
: Dembele, 45+7. Auar, 90+4.

22 fevral

Marsel – Nant 1:3
Qol
: Sanson, 39 – Limbombe, 34. Bamba, 53. Alvaro, 90+1-öz qapısına.

Anje – Monpelye 1:0
Qol
: Bahoken, 68.

Dijon – Monako 1:1
Qol
: Balde, 56 – Maripan, 79.

Lill – Tuluza 3:0
Qol
: Remi, 2; 39. Sançes, 72.

Strasburq – Amyen 0:0

23 fevral

Sent-Etyen – Reyms 1:1
Qol
: Bouanqa, 73 – Dia, 90+3-pen.

Renn – Nim 2:1
Qol
: Nyanq, 7; 89 – Rouks, 1.

PSJ – Bordo 4:3
Qol
: Kavani, 25. Markinyos, 45+1; 63. Mbappe, 69 – Huanq, 18. Pablo, 45+5. Pardo, 83.

Bombardir: Kilian Mbappe (PSJ), Vissam Ben Yedder (Monako) – 16 qol.