“Real” onun üçün 60 milyon avro ödəmək fikrində deyil

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Kay Haverts üçün 60 milyon avro ödəmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu almaniyalı üçün tələb olunan məbləğin yüksək olduğunu hesab edir.

Buna baxmayaraq, “kral klubu”nun rəhbərliyi və baş məşqçi Karlo Ancelotti onun potensialını yüksək qiymətləndirir.

Hazırda “zadəganlar” digər klubların 23 yaşlı futbolçu ilə bağlı təkliflərini gözləyir.

Haverts 2022/23 mövsümündə “Çelsi”nin heyətində 47 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button