Tyaqo Mendeş baş məşqçiliyə başladı

Portuqaliya millisinin sabiq futbolçusu Tyaqo Mendeş baş məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, 39 yaşlı sabiq yarımmüdafiəçi “Vitoriya” komandasını çalışdıracaq. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mendeşlə 2 illik müqavilə imzalanıb.

Mendeş futbolçu karyerasında “Çelsi”, “Atletiko”, “Yuventus”, “Lion” kimi klubların formasını geyinib. Sabiq yarımmüdafiəçi 66 dəfə də Portuqaliya millisində çıxış edib.