
“Portu”nun futbolçusu avtomobil qəzası keçirib
Klublararası dünya çempionatındakı uğursuz çıxışdan sonra “Portu” futbolçularını bir-birinin ardınca xoşagəlməz hadisələr təqib edir.
Komanda.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
“Portu”nun 19 yaşlı müdafiəçisi Martim Fernandes avtomobil qəzasına düşüb. Hazırda onun vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib, qəzanın təfərrüatları da hələlik açıqlanmır. O, xəstəxanaya yerləşdirilib, ancaq həkimlər yaxın vaxtlarda onun evə buraxılacağını bildirirlər.
Fernandes “Portu”nun yetirməsidir və əsas komandada debütünü 2022-ci ilin fevralında edib. Onun komandası son mövsümdə Portuqaliya çempionatında turnir cədvəlində 3-cü pilləni tutaraq çempion “Sportinq”dən 18 xal geri qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



