Poqbanın dopinq testi müsbət çıxdı, diskvalifikasiya olundu

“Yuventus”unun yarımmüdafiəçisi Pol Poqbanın İtaliya A Seriyasının 1-ci tur matçından sonra verdiyi dopinq testi müsbət nəticə verib.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turunda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşıb. Oyun Turin klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Poqba sözügedən görüşdə iştirak etməyib. Fransalı futbolçu sonadək ehtiyatda qalıb.

Pol Poqbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilib. Bu terapevtik istisnasız qəbul edilməməli olan bir maddədir. Beləliklə,o, maksimum 4 il diskvalifikasiya cəzası almaq riski ilə üz-üzədir.

Artıq İtaliya Antidopinq Agentliyi fransız futbolçunun müvəqqəti diskvalifikasiya olunduğunu açıqlayıb. Müvəqqəti diskvalifikasiyanın araşdırma öncəsi bir tədbir olduğu diqqətə çatdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button