“İspaniya millisi layiqli qalib oldu” – Argentinalı futbolçu

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatının finalı ilə bağlı yayılan müxtəlif fikirlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Dünya çempionatından əvvəl, turnir ərzində və sonra çox şey dəyişdi. Amma düşünürəm ki, əla turnir keçirdik. İspaniya millisi finalda bizi məğlub etdi və layiqli qalib oldu. İndi isə yalnız gördüyümüz işdən və son səkkiz ildə qazandığımız uğurlardan zövq almaq qalır. Bu komandanın bir hissəsi olmaq mənim üçün böyük qürurdur. Zaman keçdikcə bunun nə qədər xüsusi olduğunu daha yaxşı anlayacağıq”.

Argentina millisi dünya çempionatının finalında İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button