“Göstərdiyimiz oyundan razıyıq, amma…” – Poçettino

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gələn “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Serxio Aqueronun qaçırdığı penalti epizodu ilə bağlı danışıb:

“İnanılmaz və çox çətin oyun baş tutdu. Göstərdiyimiz oyundan razıyıq, amma bizi “Mançester Siti” ilə daha bir matç gözləyir.

Rəqibin istifadə edə bilmədiyi penaltinin komandamızın özünəinamını artırdığını düşünürəm. Oyunumuzda müsbət cəhətlər çox idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button