Poçettinonun karyerasını davam etdirmək istədiyi çempionat

PSJ-nin argentinalı baş məşqçisi Maurisio Poçettino karyerasını davam etdirmək istədiyi ölkənin adını açıqlayıb. 

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Poçettino İngiltərənin top-klublarından birinə keçmək istədiyini bildirib. Ancaq o, əvvəlcə karyerasında qısa fasilə vermək niyyətindədir.

Poçettino tezliklə PSJ-nin baş məşqçi postunu tərk edəcək.

50 yaşlı məşqçi 2021-ci ilin yanvarından PSJ-yə rəhbərlik edir. O, parislilərlə ölkə çempionluğunu, kuboku və Fransa superkubokunu qazanıb.

Poçettino əvvəllər İngiltərədə “Tottenhem”ə də rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button