PFL prezidenti “Qarabağ”ın rəhbərliyi ilə görüşüb

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovla “Qarabağ” klubunun rəhbərliyi arasında görüş keçirilib.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klubun ofisində baş tutan görüşə PFL rəhbəri ilə yanaşı, idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev də qatılıb.

Səmədov “Qarabağ” klubunun idarə heyətinin üzvü Fevzi Aras, direktor Emrah Çəlikəl, baş menecer Asif Əsgərova dəvətə və xoş münasibətə görə təşəkkür edib. Görüşdə Azərbaycan futbolu ilə bağlı planlar, hədəflər müzakirə edilib. Səmədov ənənə halını alacaq bu tip görüşləri keçirməkdə məqsədlərinin klubları narahat edən məqamlara zamanında müdaxilə etməkdən ibarət olduğunu bildirib.

PFL prezidenti öz növbəsində rəsmilərin timsalında “Qarabağ” klubunun hər bir üzvünə ölkəni beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərinə görə minnətdarlıq ifadə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button