Peşəkar Futbol Liqasının yeni loqosu – FOTO

Peşəkar Futbol Liqasının (PFL) yeni loqosu müəyyənləşib.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 130 nümunə arasında Fərhad Sultanovun dizayn etdiyi loqo qalib olub.

Loqoda futbolu ifadə edən top təsvir olunub, mərkəzdə alov və buta silueti var. Onlar Odlar Yurdu Azərbaycana işarədir. Bundan əlavə, loqodakı kürə qlobal dünya futbolunun simvoludur, alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq Azərbaycan futbolunu ifadə edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button