Perişiç İtaliyaya qayıdır

Xorvatiyalı vinger İvan Perişiç yaxın vaxtlarda “İnter”ə qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu Milan klubuna keçid üçün son mərhələdədir.

Bildirilir ki, Perişiç keçmiş klubu ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalaya bilər. Razılaşmanın tam şəkildə həftə ərzində əldə olunacağı gözlənilir.

Perişiç 2015–2022-ci illərdə “İnter”də çıxış edib, keçən ilin yayından etibarən isə PSV-nin formasını geyinir. O, cari mövsümdə 27 oyuna çıxıb, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button