Pele xəstəxanadan çıxa bilmir – infeksiyaya görə
Futbol üzrə üçqat dünya çempionu Pele sidik yollarının infeksiyası səbəbindən Braziliyada – San-Paulu xəstəxanasında müalicə alır.
Komanda.az “Globoesporte”yə istinadən xəbər verir ki, braziliyalı keçmiş hücumçu sentyabr ayında aşkar edilən şişin müalicəsini davam etdirmək üçün fevralın 13-də San-Pauludakı xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya yerləşdirildikdən 8 gün sonra həkimlər müayinə zamanı Pelenin sidik yollarında infeksiya olduğunu bildiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin