Paşayevin komandası sınaq matçında qələbə qazandı

Ukraynanın “Aleksandriya” klubu milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi sözügedən komanda Ukrayna Premyer Liqasının digər iştirakçısı “Dnepr-1” ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı qarşılaşma “Aleksandriya”nın qələbəsiylə başa çatıb – 2:1.

Azərbaycan yığmasının düşərgəsində olan Paşayev bu qarşılaşmanın iştirakçısı olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button