“Parma” da A Seriyası ilə vidalaşası oldu

Bu mövsüm futbol üzrə İtaliya A Seriyasını tərk edəcək ikinci klub da müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Parma”nın növbəti mövsümdə elitada olmayacağı dəqiqləşib.

Sözügedən komanda çempionatın 34-cü turunda səfərdə “Torino”ya 0:1 hesabıyla uduzub. Mövsümün başa çatmasına 4 tur qalmış “Parma” 20 xalla 19-cu pillədə qərarlaşıb. Hazırda 17-ci pillədə qərarlaşan “Kalyari” ilə xal fərqi 12-dir. Amma komanda şəxsi görüşlərin nəticəsinə görə “Kalyari”ni qabaqlaya bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl “Krotone”nin elitanı tərk edəcəyi dəqiqləşmişdi. Bu komanda 18 xalla sonuncudur. 18-ci pillədə qərarlaşmış “Benevento”nun isə 31 xalı var.