PSJ-nin “İnter”in hədəfində olan futbolçusundan açıqlama

Adı “İnter”lə yanaşı çəkilən PSJ-nin futbolçusu Leandro Paredes gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, Paris klubundan ayrılmaq niyyətində olmadığını bildirib:

“PSJ-də çox xoşbəxtəm. Əla komanda yoldaşlarım, yaxşı baş məşqçim var. Uzun müddət burda qalacağıma ümid edirəm”.

Argentinalı futbolçunun PSJ ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.