Ozan Can oynadı, komandası darmadağın oldu

Futbol üzrə Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ozan da bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.

“Girəsunspor” 30 turdan sonra 29 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.