
Neymar paltardəyişmə otağında ağlayıb
Braziliya millisinin hücumçusu Neymar uzun fasilədən sonra yığmaya qayıtmasının sevincini bölüşüb.
34 yaşlı futbolçu 2026-cı il dünya çempionatında Şotlandiya yığmasına qarşı oyunda ikinci hissədə meydana daxil olub. Bu, onun təxminən üç ildən sonra Braziliya millisində ilk oyunu olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, forvard bunu deyib:
“Bəli, paltardəyişmə otağında ağladım. Allaha şükür edirəm ki, ölkəmə kömək edə bilirəm. Çox xoşbəxtəm”.
Braziliya millisi Şotlandiya yığmasını 3:0 hesabı ilə məğlub edib və qrup mərhələsini 7 xalla lider kimi başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



