“Oyunu dörd gözlə gözləyirəm” – Sulşer

UEFA Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində “Sevilya” ilə qarşılaşacaq “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis, ispanlarla oyuna tam hazır olduqlarını bildirib:

“Hazırlıq, məşq üçün bir neçə günümüz oldu. Fiziki baxımdan oyuna tam hazırıq. Artıq yarımfinalda olduğumuz üçün zehni olaraq da hazırıq, hər kəs qalib gəlmək istəyəcək. Oyunu dörd gözlə gözləyirəm. Bir addım daha irəli getmək istəyirik. Rəqib çox yaxşı komandadır, bu turnirin rekordçusudur. Hər iki komanda topa sahib olmağı, oyuna nəzarət etməyi sevir. Bütün futbolçularımız bu oyuna çox yaxşı köklənib və meydana çıxmaq istəyir”.

“Mançester Yunayted” – “Sevilya” oyunu bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button