“Oyundan məmnunam, amma…” – Kuman

İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Valyadolid”ə 3:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, katalonların oyunundan razı qaldığını bildirən niderlandlı mütəxəssis, Lionel Messinin vəziyyətinə də toxunub:

“Bu oyunun bizim üçün nə qədər vacib olduğunu bilirdik. Qalib gəlməsəydik, liderdən çox geri qalacaqdıq. Buna görə də, komanda nəticəyə kökləndi. Oyundan məmnunam, amma bəzi nüanslarda problem yaşadıq.

Son vaxtlar bunu dəfələrlə demişəm, Messi komandada xoşbəxt görünür. Bu, bizim üçün vacibdir. Bu sistemdə xoşbəxt olduğunu, çalışdığını görürəm. Onun ətrafında yaxşı futbolçular var. Bu, onun üçün əhəmiyyətlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button