Ötən mövsümün ən yaxşı gənc oyunçusu – Saka

“Arsenal”ın oyunçusu Bukayo Saka Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən mükafatlandırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 2022/23 mövsümünün ən yaxşı gənc futbolçusu adına sahib çıxıb.

Saka “Arsenal”da debütünü 2018-ci ildə edib. O, ötən mövsüm “topçular”ın heyətində bütün turnirlər daxil olmaqla 48 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

“Mançester Siti”nin hücumçusu adıçəkilən qurum tərəfindən ötən mövsümün ən yaxşı oyunçusu adına yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button