Buffonun həyatının ən böyük səhvi

İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon PSJ haqda danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisini meqakomanda adlandırıb:

“PSJ-də forma geyinmək karyeramın ən yaxşı təcrübəsi idi. Meqakomandada oynayırdım. Texniki cəhətdən biz hamıdan güclü idik. PSJ indi UEFA Çempionlar Liqası ilə vidalaşıb. Oranı tərk etmək həyatımın ən böyük səhvi oldu. Mən 10 milyon avrodan imtina etdim”.

45 yaşlı dəri əlcək sahibi 2018/19 mövsümündə Paris təmsilçisində çıxış edib. O, paytaxt klubunun heyətində 25 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button