“Onun komandamıza gələcəyini bilmirəm, amma…” – Ançelotti

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, uzun müddətdir adı Neapol təmsilçisi ilə yanaşı çəkilən Xames Rodriqeslə bağlı danışıb:

“Onun komandamıza gələcəyini bilmirəm, amma buna ümid edirəm. Onu yaxşı tanıyıram, o, yarımmüdafiənin bütün mövqelərində oynaya bilər. O, sol cinahda, “10 nömrə” mövqeyində, hətta sağ cinah futbolçusu kimi oynaya bilər. Xamesin meydandakı mövqeyi problem deyil. O uyğunlaşa, bir çox mövqedə oynaya bilir”.

“Bavariya”da icarə əsasında keçirdiyi iki mövsümün ardından müqaviləylə məxsus olduğu “Real”a qayıdan 27 yaşlı futbolçu ilə “Napoli” ilə yanaşı, “Atletiko”nun da maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button