“Oğlanlarımıza “Şərəf” ordeni veriləcək!” – Gürcüstanın baş naziri

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, milli komandanın bütün oyunçuları 2024-cü il Avropa çempionatına çıxdıqları üçün “Şərəf” ordeni alacaqlar.

Komanda.az xəbər verir ki, ölkənin baş naziri bu barədə sosial şəbəkədə paylaşım edib:

“Şəxsən mən bir azarkeş kimi 30 ildir ki, bu günü gözləyirəm. Və onlar bizə ən böyük xoşbəxtliyi verdilər. Bu uşaqlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır. Bunlar ən şərəfli insanlardır və buna görə də kiçik bir qərar verdik: Oğlanlarımıza “Şərəf” ordeni veriləcək!”

Martın 26-da Gürcüstan millisi C yolunun final oyununda Yunanıstanı penaltilər seriyasından sonra məğlub edib (0:0, pen-4:2). Yığma tarixdə ilk dəfə Avropa çempionatına yüksəlib. Komandanın rəqibləri turnirin qrup mərhələsində Portuqaliya, Türkiyə və Çexiya milliləri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button