“Ofsayd” üçün yeni sistemdən istifadə ediləcək – DÇ-2022-də

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında oyundankənar vəziyyətləri müəyyən etmək üçün yarımavtomatik VAR sistemindən istifadə olunacaq.

Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sistem hakimlərə ofsaydları tez müəyyən etməyə kömək edəcək.

Sistem avtomatik olaraq topun yerini müəyyənləşdirir və futbolçuların mövqeyinin üçölçülü modellərini yaradır.

Yeni texnologiyada topu izləmək üçün 12 xüsusi kameradan istifadə ediləcək.

DÇ-2022 bu il noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.