Dünyanın ən yaxşı müdafiəçisi odur – Spalettiyə görə

“Napoli”nin baş məşqçisi Luçano Spaletti müdafiəçisi Kim Min Jae haqda danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, cənubi koreyalı oyunçunu dünyanın ən yaxşı müdafiəçisi kimi dəyərləndirib:

“O, hazırda dünyanın ən yaxşı müdafiəçisidir. Hər oyunda ən azı 20 inanılmaz hərəkət edir. Topu saxladıqdan sonra hərəkətə keçir və cəmi beş saniyəyə rəqibin cərimə meydançasına çata bilir”.

26 yaşlı futbolçu ötən ilin yayından Neapol təmsilçisinin formasını geyinir. Cari mövsümdə o, “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button