Sulşer təsdiqlədi: Smollinq İtaliya klubuna keçir

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Kris Smollinq karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Roma” ingiltərəli futbolçunu icarə əsasında heyətinə qatmağa yaxındır. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer də xəbəri təsdiqləyib:

“Kris karyerasını İtaliyada davam etdirə bilər. O, bu gün tibbi müayinədən keçmək və son detalları müzakirə etmək üçün Romaya gedir. Hazırda bizim 6 mərkəz müdafiəçimiz var. Bu fürsət Smollinq üçün son bir neçə gündə ortaya çıxdı. Bu fürsətin onu sevindirəcəyini düşünürəm. “Roma” onun üçün yeni təcrübə, yeni macəradır.

O, bizə daha yaxşı şəkildə qayıdacaq, çünki böyük klubda, yaxşı çempionatda iştirak edəcək. İtaliyada oynayan ingilis futbolçuların sayı çox deyil, buna görə də, onun bundan zövq alacağını düşünürəm”.

“Canavarlar”ın 29 yaşlı futbolçu üçün “Mançester Yunayted”ə 3 milyon avro ödəyəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button