
“Nyukasl” “Qarabağ”la matça itkilərlə çıxacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün “Qarabağ”la cavab matçına çıxacaq “Nyukasl”ın zədəli futbolçularının adları açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zədə problemləri davam edən İngiltərə klubunun üç futbolçusu – Bruno Gimarayeş, Tino Livramento və Emil Kraft bu gün meydana çıxa bilməyəcək.
“Nyukasl” – “Qarabağ” matçı bu gün saat 00:00-da İngiltərədə keçiriləcək. Bakıda keçirilən ilk görüşdə “Qarabağ” rəqibinə 1:6 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



