Noyerin yaşıl meydanlara qayıdacağı vaxt bilindi

“Bayern”in qapıçısı Manuel Noyer zədəsini sağaltmağa davam edir.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qapıçının 2023-cü ilin iyulunda yaşıl meydanlara qayıdacağı gözlənilir.

“Bayern”in əsas qapıçısı Noyerin xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən komandaya kömək edə bilmir.

Bundesliqa klubu almaniyalı qapıçının əvəzinə “Borussiya”dan (Münhenqladbax) Yan Sommeri transfer edib. Onunla 30 iyun 2025-ci ilə qədər sözləşmə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button