Novruzovun komandasından növbəti qələbə

Futbol üzrə Estoniya çemponatında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tulevik” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Əvvəlki oyunların birində aldığı qırmızı vərəqəyə görə cəzalı durumda olan Novruzov bu oyunun iştirakçısı olmayıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 12 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.