Novruzov “Zimbru”ya qarşı 80 dəqiqə oynadı

Futbol üzrə Moldova çempionatında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zimbru” ilə qarşılaşıb. Futbolçumuzun komandası Kişinyov təmsilçisi ilə oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Dinamo-Avto” 18 oyuna topladığı 22 xalla 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.