Hər şey qəribə imiş – Çempionlar Liqasından kənarlaşandan sonra

PSJ-nin qapıçısı Canluici Donnarumma komandasının son mövsümdə Çempionlar Liqasında mübarizəni erkən dayandırmasından danışıb.

Komanda.az PSJ-nin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı qolkiper, müəyyən problemləri həzm edə bilmədiklərini deyib:

“Çempionlar Liqasından kənarlaşdırılandan sonra hər şey qəribə idi. Problemlərimiz var idi, həzm edə bilmirdik. Amma vəziyyəti qəbul etməli olduq. Biz irəli getməli idik. Düşünürəm ki, ümumilikdə mövsüm müsbət inkişaf edib. Çempionlar Liqasını bir kənara qoysaq, bizi tam qane edən, yaxşı mövsüm oldu. Gələn il mümkün qədər çox titul qazanmağa çalışacağıq”.

2021/22 mövsümünün sonunda PSJ Fransa çempionu olub və ölkə superkubokunu qazanıb.

Çempionlar Liqasının 1/8 finalında Fransa klubu Madrid “Real”ına ümumi hesabda 2:3 hesabı ilə uduzub. PSJ heç vaxt Çempionlar Liqasını qazanmayıb.

Bizi Telegramda izləyin