
Niderland millisinin hücumçusu “Roma”da – Rəsmi
“Roma” İngiltərə təmsilçisi “Aston Villa”da çıxış edən Doniel Maleni icarəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
“Canavarlar” mövsümün sonunda 26 yaşlı hücumçunu satın almaq hüququna da malikdir.
Niderland millisinin də üzvü olan Malen cari mövsümdə 29 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



