Slotla ilkin danışıqlar olub – Millinin baş məşqçi postu üçün

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot Niderland millisinin yeni çalışdırıcısı ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı Ronald Kumanın istefasından sonra Niderland Futbol Federasiyası Slotu əsas namizədlərdən biri hesab edir. Tərəflər arasında artıq ilkin danışıqların aparıldığı bildirilir. Bununla yanaşı, federasiyanın siyahısında başqa namizədlər də var.

Niderland millisi DÇ-2026-da uğursuz çıxış edib. Kumanın rəhbərlik etdiyi komanda 1/16 final mərhələsində Mərakeş yığmasına məğlub olaraq (1:1, pen – 2:3), mundialla vidalaşıb.

Kuman 2023-cü ildən Niderland millisini çalışdırırdı. Bu, onun yığmadakı ikinci məşqçilik dönəmi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button