
“Neftçi” və “Sea Breeze” əməkdaşlığını davam etdirir
“Neftçi” və “Sea Breeze” arasında əməkdaşlıq 2026/27 mövsümündə də davam edəcək.
Komanda.az bu barədə kluba istinadən xəbər verir.
Yeni mövsüm çərçivəsində “Sea Breeze” loqosu mövsüm boyu komandanın rəsmi oyun formalarının sağ qol hissəsində yer alacaq.
Əməkdaşlıq çərçivəsində “Sea Breeze” ərazisində fəaliyyət göstərən “Neftçi Store” azarkeşlərə xidmət göstərməyə davam edəcək. Tərəflər arasında müxtəlif sosial layihələrin və tədbirlərin birgə təşkili də nəzərdə tutulur. Bununla yanaşı, “Sea Breeze” klubun qonaqlarının yerləşdirilməsi sahəsində dəstəyini davam etdirəcək.
“Sea Breeze” 2006-cı ildə təsis edilib və ilkin olaraq hotel, restoran və kiçik çimərlikdən ibarət olub. Hazırda isə şirkət 750 hektar ərazini əhatə edir, 50-dən çox hazır və tikilməkdə olan layihəni, 50-dən çox restoran, kafe və barı, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 21 km uzunluğunda çimərlik zolağını və 300 hektar yaşıllıq sahəsini özündə birləşdirir.
Bizi Facebook-da izləyin



