“Neftçi” Ayaz Quliyevin transferi üçün hərəkətə keçib

“Neftçi” Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyevi transfer etməyə çalışır.

Komanda.az xəbər verir ki, bu barədə “eurostavka.ru” nəşri məlumat yayıb. Klublar Azərbaycan əsilli futbolçunun transferini müzakirə edir.

“Neftçi” 26 yaşlı yarımmüdafiəçi üçün 300 min avro ödəməyə hazırdır. “Ximki” rəhbərliyi isə Ayaz Quliyevin satışından 500-700 min avro məbləğində qazanc götürmək istəyir.

Futbolçuya Azərbaycan vətəndaşlığı verilməsi də istisna edilmir.

Ayaz Quliyev “Ximki”yə bu ilin iyul ayında Tula “Arsenal”ından keçib. Onun Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button